Muniz Konqresə xəbərdarlıq etdi
İyul 27, 2015 09:13 Asia/Baku
ABŞ-ın energetika naziri Konqresin İran və 5+1 qrupu arasında nüvə anlaşmasının əleyhinə səs verməsinin Vaşinqton üçün əsaslı problemlər yaratması barədə xəbərdarlıq edib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Ernest Muniz CNN-ə müsahibədə deyib: Konqresin üçdə ikisinin dəstəyi ilə bu anlaşmanın əleyhinə səs verilərsə, İranın nüvə müzakirələri zamanı ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya arasında əldə olunan birlik zəifləyəcək.Muniz həmçinin BMT Təhlükəsizlik Şurası üzvlərinin İran və Altılıq qrupunun anlaşması ilə razılaşdığını xatırladıb və deyib: Əgər indiki zaman kəsiyində bu anlaşmaının zəifləməsi olarsa, Konqresin hazırkı müzakirələri bu vəhdəti təhlükəyə atacaq və ABŞ-ın digər böyük qüdrətlərlə önəmli problemləri olacaq.
İran və Altılıq arasında Vyanada İranın nüvə proqramı barədə müzakirələrin yekununun əldə olunması ardınca, Amerikada bəzi müxaliflər bu yekuna qarşı irimiqyaslı təbliğata başlayıblar.