Baltimorda dini mərkəzə silahlı hücum olub
İyul 27, 2015 13:43 Asia/Baku
-
ABŞ- da silahlı insident
Bazar ertəsi gününün ilk saatlarında Baltimorda silahlı insidentdə bir şəxs bıçaqla Dua və İbadət Müşavirə mərkəzinə hücum edib, bir nəfəri qətlə yetirib və iki nəfəri də yaralayıb.
Səhər Beynəlxalq Televiziyasının Sputnik Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, bu hadisə Baltimorda Ana Dua və İbadət Müşavirə mərkəzində baş verib.Yaralılardan birinin vəziyyəti ağırdır.
Məlumatlara görə, hadisə zamanı mərkəzdə dua mərasimi keçirilirmiş.
Polis məmurları hadisə ilə əlaqədar bir nəfəri həbs ediblər.
Məlumata əsasən, ötən həftə Baltimorda faciəvi hadisə baş verib. Çünki cümə gecə və şənbə səhər iki şəxs ayrı-ayrılıqda silahlı insidentlər nəticəsində həlak olmuş və 5 nəfər də yaralanmışdı.
Baltimorda ibadət mərkəzinə hücum bir ağdərilinin Cənubi Karolinada qaradərililərin tarixi kilsəsinə hücumundan sonra baş verib. Həmin hadisədə isə 9 qardərili həlak olmuşdu.