İyul 28, 2015 12:56 Asia/Baku
  • Rusiya Krıma atom bombardmançılarının göndərilməsini təkzib edib
    Rusiya Krıma atom bombardmançılarının göndərilməsini təkzib edib

Rusiyanın hava qüvvələri bu ölkənin atom bombardmançılarının Krım yarımadasına göndərilməsi xəbərini təkzib ediblər.

Sputnik-in məlumatına görə, Rusiyanın hava qüvvələrinin komandanı Viktor Bondarev bildirib ki, bu qüvvələrin atom bombardmançılarının Krım yarımadasına göndərilməsi hələlik gündəmdə durmur.
O, "Aviadarts-2015" aviasərgisindən baxış keçirərkən müxbirlərə deyib: Bundan öncə Krımda hava və raket müdafiə sistemlərinin yerləşdirilməsi sahəsində lazım olan həddə addımlar atılıb. İndiyədək Tu-22M atom bombardmançılarının göndərilməsi haqda əmr verilməyib, amma bu barədə hər cür əmrin alınacağı halda, dərhal onu icra edəcəyik.
Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrinin başçılarına tövsiyə edibdir ki, daha müstəqil siyasətlər yeritsinlər. Putin İsveçrənin RTS telekanalı ilə müsahibədə əlavə edib: Ümid edirik və istəyirik ki, Avropa daha artıq istiqlaliyyətə malik olmuş olsun və əgər avropalı şəriklərlə bir məsələ barədə bəhs etmək üçün Vaşinqtona müraciət etməyə məcbur oluruqsa, bu məsələ bir az qəribə görünür.
Rusiya prezidenti sonra deyib: Amerikanın Avropada raket hava hücumundan müdafiə sistemi məsələsi Rusiya-Amerika əlaqələrində böyük bir ixtilafa çevrilib və son illərdə iki ölkə əlaqələrinə gölgə salıbdır.
Amerikanın Avropada raket hava hücumundan müdafiə sistemi dörd mərhələli bir plandır ki, 2011-ci ildən bəri onun iki mərhələsi icra olunubdur.
Putin daha sonra vurğulayıb: Amerikanın hərəkəti beynəlxalq səhnədə silah rəqabətinin başlanması və şiddətlənməsinə səbəb olub.

Teqlər