İyul 29, 2015 08:48 Asia/Baku
  • Son həftədə 3-cü amerikalı qaradərili qadının şübhəli ölümü
    Son həftədə 3-cü amerikalı qaradərili qadının şübhəli ölümü

Amerika polisinin qaradərililərə və bu ölkədəki azlıqlara qarşı ayrı-seçkilik rəftarı Amerika həbsxanalarından birində qaradərili bir qadının şübhəli ölümü ilə davam edir.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Ralkina Cons son bir həftə ərzində Amerika həbsxanalarından birində həbs zamanı qətlə yetirilən 3-cü qaradərili qadındır.
11 yaşlı qız anası Cons 5 gün öncə polis tərəfindən həbs olunub və Ohayo ştatında Klivlend Hays həbsxanasına köçürülüb.
Kindra Çapmen və Sandra Bland ötən həftə ərzində cəsədləri həbsxanada aşkarlanan digər iki qadındır.
Son aylarda Amerika polisinin silahsız qaradərililərə atəş açması və azlıqların qeyri-təbii ölümü bu ölkəni diqqət mərkəzinə çevirib və müxtəlif ştatlarda etirazların formalaşmasına səbəb olub.

Teqlər