Amerika Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edib
İyul 31, 2015 09:39 Asia/Baku
ABŞ Ukrayna böhranı ilə əlaqədar Rusiya və Ukrayna şirkətləri və rəsmilərinə qarşı əlavə sanksiyaları tətbiq edib.
Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ-ın Xəzinədarlıq Nazirliyi ötən gün məşhur qaz üzrə iş adamı Gennadi Timçenko ilə əlaqədə olan 8 şirkət və şəxsə sanksiya tətbiq edib.Bu rus iş adamına Kremllə əlaqədə olmaq ittihamı ilə sanksiya tətbiq olunmuşdu.
ABŞ Xəzinədarlıq Nazirliyi həmçinin Rusiya prezidenti Vladimir Putinin müttəfiqlərindən olan iş adamı Boris Rotenberqə məxsus iki şirkətə də sanksiya tətbiq edib.
Bildirilir ki, ABŞ-ın yeni sanksiyaları Rusiyanın Ukraynadakı hərəkətlərinə reaksiya olaraq tətbiq olunub.