İyul 31, 2015 10:03 Asia/Baku
  • Ban Ki Mun BMT-nin passivliyini tənqid etdi
    Ban Ki Mun BMT-nin passivliyini tənqid etdi

BMT baş katibi bildirib: Yaxın Şərq və Şimali Afrikadakı mövcud böhranlar BMT-nin öz məqsədini itirdiyini göstərir.

Səhər Beynəlxalq Televiziyasının Sputnik Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Ban Ki Mun BMT Təhlükəsizlik Şurasının iclasında deyib: Yaxın Şərq və Şimali Afrika böhranı Taliban, əl-Qaidə, İŞİD və Boko Haram kimi qruplaşmaların yaranması ilə BMT-nin beynəlxalq hadisələrdə öz vasitəçilik rolunu oynamasında aciz qalmasına səbəb olub.
BMT XXI əsrdə bəşəriyyətin problemləri ilə mübarizə üçün səy göstərmək istiqamətində beynəlxalq qurum olmuşdur.
BMT baş katibi bildirib: 12 milyon suriyalının öz evlərini tərk etməyə məcbur olduğu kimi, Yaxın Şərq və Afrikanın digər bölgələrində də milyonlarla insan qaçmağa məcbur olmuşdur.
Ban Ki Munun bu açıqlaması dünyanın geosiyasi sahəsində BMT-nin əsas məqsədini əldə etməməsinə görə artmaqda olan naümidliyi göstərir.

Teqlər