İyul 31, 2015 13:41 Asia/Baku
  • "İsrail" lobbisi demokratların rəyini dəyişməyə çalışır

ABŞ-da siyasi məsələlər üzrə ekspert deyib: ABŞ-da İsrail rejimi lobbisi İranla nüvə anlaşması qarşısında demokratların rəyini dəyişməyə can atır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Amerikada siyasi məsələlər üzrə ekspert Daniel Patrik Velş Press TV-yə verdiyi müsahibədə İsrail lobbisinin demokratların rəyini dəyişməyə çalışdığını bildirərək əlavə edib: Sionistlər külli miqdarda vəsaitlər sərf edərək hər bir məsələni öz xeyirlərinə dəyişməyə çalışırlar.
O deyib: İsrail lobbisi respublikaçılardan arxayındır və bilir ki, Müştərək Təşəbbüs Proqramının sənədinin əleyhinə səs verəcəklər. Lakin demokratlardan arxayın olmadığına görə, onların bu barədəki rəyini dəyişmək niyyətindədir.
İsrail rejimi kimi İranla istənilən anlaşmaya sərt qarşı olan respublikaçıların üstünlük təşkil etdiyi ABŞ Konqresi sentyabr ayında bu məsələ barədə səsvermə keçirəcək.

Teqlər