Ferqusonda üç nəfər həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i196353-ferqusonda_üç_nəfər_həbs_olunub
ABŞ-ın Missuri ştatının Ferquson şəhərində yeni etirazların davam etməsi ilə ən azı 3 nəfər həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2015 10:46 Asia/Baku
  • Ferqusonda üç nəfər həbs olunub
    Ferqusonda üç nəfər həbs olunub

ABŞ-ın Missuri ştatının Ferquson şəhərində yeni etirazların davam etməsi ilə ən azı 3 nəfər həbs olunub.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadlı məlumatına görə, ictimai etirazlara səbəb olan bu şəhər meri Ceyms Nolsla sakinlər arasında sual-cavab iclasının keçirilməsi ardınca, ictimai toplantılar zalında ən azı 3 nəfər həbs olunub.
Bu məlumata görə, aranın qarışması ilə Ferquson meri zalı dərhal tərk edib.
Onlarla etirazçı irqçiliyə qarşı şüarlar səsləndirərək hökumətin bu barədəki siyasətlərinin dəyişilməsini tələb edib.
ABŞ-da polisin güc tətbiq etməsinə etirazların uzun keçmişi vardır. Lakin bu etirazların yeni dövrü Ferquson sakini qaradərili yeniyetmə Maykl Barunun bir ağdərili polis tərəfindən qətlə yetirilməsindən sonra başlandı.