ABŞ-ın atom silahların saxlanılması xərci artıb
https://azeri.sahartv.ir/news/dünya-i196357-abŞ_ın_atom_silahların_saxlanılması_xərci_artıb
Amerika hökumətinin nəzarət idarəsi 2014-cü ildə bu ölkənin atom silahlarının saxlanılması üçün vəsaitin artdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2015 13:44 Asia/Baku
  • ABŞ-ın atom silahların saxlanılması xərci artıb
    ABŞ-ın atom silahların saxlanılması xərci artıb

Amerika hökumətinin nəzarət idarəsi 2014-cü ildə bu ölkənin atom silahlarının saxlanılması üçün vəsaitin artdığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Amerika hökumətinin nəzarət idarəsi bildirib: 2013-cü illə müqayisədə 2014-cü ildə Amerikanın nüvə silahlarının atış stansiyalarının saxlanması xərci 40% artıb.
Məlumata görə, Amerikanın atom silahların saxlanması üzrə xərci ümumilikdə ötən il təxminən 300 milyard dollara çatıb. Buna əsasən, qeyd olunan vəsaitin təxminən 100 milyard dolları Amerikanın atom silahlarının saxlanılması və təxminən 163 milyard dolları isə atom silahlarını daşıma sistemlərinə sərf olunub.
Bu vəsait təklikdə bəzi ölkələrin bütün büdcəsindən çoxdur.
Amerika öz atom silahlarına külli miqdarda vəsait sərf edərək nüvə silahının yayılmamasını iddia edir.
ABŞ və Rusiya dünyanın ən böyük nüvə cəbbəxanalarına malikdirlər.