Obama hamilərini köməyə çağırdı
İyul 31, 2015 20:48 Asia/Baku
ABŞ prezidenti Konqresin Vyana anlaşmasına qarşı çıxmasında pulun rolunu etiraf edib və Konqreslə qarşılaşmada hamilərini köməyə çağırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ABŞ prezidenti Barak Obama bir telefon konfransında nüvə anlaşmasını dəstəkləyən qruplarla danışıqlar aparıb.ABŞ prezidenti deyib: Vyana anlaşması əhəmiyyət kəsb edir və mənim qənaətimcə, bu bütün seçimlərdən ən yaxşı seçimdir. Və biz bununla fəxr etməliyik.
ABŞ prezidenti İranla nüvə müzakirələrinin yekunu barədə daxili tənqidçilərinə cavabında deyib: Əgər məqsədləri budur ki, İran sülhməramlı nüvə fəaliyyətləri üçün bütün tələblərini kənara qoymalıdır. Onlara demək lazımdır ki, İran bu işi etməyəcək.
O əlavə edib: Nəticədə, əgər biz özümüz müzakirə etdiyimiz və dünyaya onu dəstəkləmək üçün təzyiq göstərdiyimiz anlaşmanı rədd edəriksə, ən azı özümüzü dünyadan tam təcrid vəziyyətə salacağıq. Bu da beynəlxalq anlaşmalar üçün istənilən müzakirəni aparmaq istiqamətində heç bir etibarı özündə saxlamayacaqdır.
ABŞ prezidenti müttəfiqlərindən istəyib ki, ona kömək etsinlər. Onun etirafına görə, təklikdə müxaliflərinin öhdəsindən gələ bilməyəcək.