Avq 02, 2015 10:25 Asia/Baku
  • Rusiya yeni sanksiyaları tənqid edib
    Rusiya yeni sanksiyaları tənqid edib

Rusiya Xarici İşlər Nazirliyi bildirib: Rusiya əleyhinə tətbiq olunan sanksiyalar ABŞ tərəfindən bu ölkə ilə qarşılaşma yolunun seçildiyini göstərir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya XİN şənbə günü yayımladığı bəyanatda bildirib: ABŞ bir daha Rusiya şirkətləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməklə Rusiya ilə qarşılaşma yolunu seçdiyini göstərdi.
Rusiya XİN xatırladıb: ABŞ Ukrayna hökumətini Minsk anlaşmasının müddəlarının icrası ilə bağlı qane etmək əvəzinə Rusiya barədə sanksiyaları genişləndirməyi davam etdirir.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Amerikanın Rusiya əleyhinə yeni sanksiyalarının cavabsız qalmayacağını bildirərək deyib: Sanksiyalar mübadiləsində qarşılıqlı addım əsas prioritetdir.
Rusiya mediaları, o cümlədən Rossiya Seqodnya Amerikanın Rusiya barədə sanksiya siyahısının böyüməsinə toxunaraq bildiriblər: Rusiya əleyhinə sanksiya siyahısında 15 şirkət və 11 vətəndaşın adı qeydə alınıb.
Qərb ölkələri və Amerika ötən bir il yarım ərzində Ukrayna məsələsi ilə əlaqədar Rusiya və vətəndaşları barədə bir neçə iqtisadi sanksiyalar paketini icraya qoyublar.

Teqlər