ABŞ yəhudi qrupları sionistlərin körpə yandırmalarını tənqid ediblər
Avq 02, 2015 13:28 Asia/Baku
ABŞ-da yəhudi qrupları sionist qəsəbə sakinlərinin bir fələstinli körpəni diri-diri yandırmalarını pisləyib və cinayətlərlə sərt şəkildə davranılmasını tələb ediblər.
Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Amerika yəhudi qrupları sionistlərin fələstinli körpəni şəhid etmələrinə reaksiyada sionist rejimdən bu hücum səbəbkarlarının həbs olunması istiqamətində addım atmasını istəyiblər.Anti-İftira Birliyinin daxili məsələlər üzrə direktoru Conata Qrinblat və bu birliyin işğal olunmuş ərazilərin məsələləri üzrə direktoru Karol Nuril bir bəyanat yayımlayaraq bildiriblər ki, fələstinlilərə qarşı cinayət səbəbkarları cəzalandırılmalıdır.
Sionist qəsəbə sakinləri Nablos şəhərinin yaxınlığında Duma şəhərində 2 fələstinlinin evini yandırıblar. Nəticədə 18 aylıq körpə şəhid olub və ailənin digər üzvləri də yanıq yarası alıblar.