Lavrov Suriyaya qüvvə göndərdiyinə görə, ABŞ-ı tənqid edib
Avq 04, 2015 10:47 Asia/Baku
Rusiya xarici işlər naziri ABŞ-ın Suriyaya qüvvə göndərməsini terrorizmlə mübarizənin xeyrinə bilməyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü Dohada Qətərin xarici işlər naziri Xalid bin Muhəmməd Ələtiyyə ilə birgə mətbuat konfransında Rusiyanın terrorizmlə mübarizə üzrə beynəlxalq koalisiyanı dəstəklədiyini bildirərək, deyib ki, Suriyaya qüvvənin göndərilməsi bu ölkədə terrorizmlə mübarizənin mürəkkəbləşməsinə səbəb olacaq.Rusiya xarici işlər naziri sonra deyib: Regiondakı qarışıq təhlükəsizlik durumu yalnız terrorçu qrupların xeyrinədir.
Rusiya və Ərəbistanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi ilk dəfə bazar ertəsi günü Dohada İŞİD ilə mübarizə barədə üçtərəfli iclas keçiriblər.