Amerikalı silah istehsalçıları İŞİD-dən faydalanır
Avq 06, 2015 11:19 Asia/Baku
Amerikada çıxan bir qəzet ifşa edib ki, İŞİD-in varlığı ABŞ-ın silah şirkətlərinin xeyrinə olub və onlar silah satışı yolu ilə külli miqdarda gəlir əldə ediblər.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Deyli Bist qəzeti yazır: təkfirçi-terrorçu İŞİD qruplaşmasının Yaxın Şərq üçün böyük bir faciəyə çevrildiyi bir halda, bu qrup Amerikan şirkətlər üçün qızıl mədəni sayılırlar.Deyli Bist əlavə edib: ABŞ-ın Müdafiə Nazirliyinin amerikalı podratçıları Yaxın Şərqdə cərəyan edən hazırkı müharibədən kifayət qədər gəlir əldə edirlər. Lokhid Martin, A.M.General və General Dinamiks kimi silah şirkətləri İraqa milyonlarla dollar dəyərində silah satırlar. Deyli Bist qəzeti daha sonra yazır: ABŞ ordusunun bildirdiyinə görə, İraqda 6300 podratçı fəaliyyət göstərir.