Fransanın cənub-qərbində bir məscid hücuma məruz qalıb
Avq 08, 2015 08:50 Asia/Baku
-
Fransanın cənub-qərbində bir məscid hücuma məruz qalıb
Fransanın cənub-qərbində bir məscid molotov kokteyli ilə hədəfə alınıb.
Fransada çıxan Lu Fiqaro qəzetinin internet səhifəsində yer alan məlumata görə, etibarlı mənbələr cümə günü Fransanın cənub-qərbində, Bordo şəhərinin ətrafında yerləşən Merinik şəhər məscidinə bir ədəd molotov kokteyli atılıb. Molotov kokteyli məsciddə yanğına səbəb olub. Amma, məsciddə olan müsəlmanlar qısa zamanda yanğını söndürüblər.Merinik şəhər müsəlmanları cəmiyyətinin sədri Həsən Belmajdob bildirib ki, namaz qılmaqla məşğul olan insanlar, namazı bitirdikdən sonra məscidi tərk etmək istəyərkən, məsciddə yanğının baş verdiyini müşahidə ediblər.
İlikn araşdırmalara görə, Fransanın ümumi təhlükəsizlik idarəsi bildirib ki, yanğına molotov kokteyli səbəb olub.