Rusiya təhlükəsizlik qüvvələri Dağıstanda ifratçı bir qruplaşmanın sığınacağına basqın edib
https://azeri.sahartv.ir/news/dünya-i196664-rusiya_təhlükəsizlik_qüvvələri_dağıstanda_ifratçı_bir_qruplaşmanın_sığınacağına_basqın_edib
Rusiyanın təhlükəsizlik qüvvələri Dağıstanda "Qafqaz İslam Əmirliyi" adlı ifratçı bir qruplaşmanın sığınacağına basqın edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2015 06:03 Asia/Baku
  • Rusiya təhlükəsizlik qüvvələri
    Rusiya təhlükəsizlik qüvvələri

Rusiyanın təhlükəsizlik qüvvələri Dağıstanda "Qafqaz İslam Əmirliyi" adlı ifratçı bir qruplaşmanın sığınacağına basqın edib.

İRİB-nin məlumatına görə, Dağıstan Respublikası Daxili İşlr Nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya təhlükəsizlik qüvvələrinin Gimri kəndi yaxınlığında "Qafqaz İslam Əmirliyi" adlı ifratçı qruplaşmanın sığınacağına hücum edərək, 4 nəfəri o cümlədən bu qruplaşmanın başçısı MƏhəmməd Süleymanovu öldürüb.
Qafqas İslam Əmirliyi adlı qruplaşma ötən illər ərzində Rusiya ərazisində bir neçə böyük terror aktı həyata keçirib. Bunlardan biri Domodedovo hava limanında bomba partladılması idi ki, 27 nəfərin ölümünə yol açmışdı.
Bu qruplaşma həmçinin, Volqoqrad şəhərində 2 partlayış törətmişdi. Bu partlayışlar nəticəsində 34 nəfər həlak olmuşdu.