Avq 12, 2015 10:37 Asia/Baku
  • İran ilə anlaşmasaq, bütün etibarımızı itirəcəyik
    İran ilə anlaşmasaq, bütün etibarımızı itirəcəyik

ABŞ Dövlət Departamentinin sözçüsü deyib: Anlaşma olmazsa əldə etdiyimiz bütün etibarımızı itirmiş olacağıq.

APTN-in verdiyi məlumata görə, Mark Tuner bir jurnalistin "İran ilə nüvə anlaşmasının əhəmiyyəti sizin üçün Şimali Koreya məsələsi ilə müqayisədə daha əhəmiyyətlidir?" sualına cavab olaraq deyib: Biz İran ilə tarixi bir ana çatmışıq və onların nüvə silahına yiyələnmələrinin önlənilməsi mərhələsindəyik. Bu böyük bir anlaşmadır və tam ciddi formada izləyirik. ABŞ dövlət katibi Con Kerri və energetika naziri Ernest Muniz habelə, başqaları bunun ən yaxşı anlaşma olduğunu ABŞ xalqına başa salmağa çalışırlar.
ABŞ Dövlət Departamentinin sözçüsü həmçinin deyib: Əgər Konqres İran ilə anlaşmanı rədd edərsə, o zaman sanksiyalar rejimi zəifləyəcək və dağılacaq.

Teqlər