ABŞ və Kuba arasında diplomatik münasibətlər bərpa edilib
https://azeri.sahartv.ir/news/dünya-i196738-abŞ_və_kuba_arasında_diplomatik_münasibətlər_bərpa_edilib
ABŞ dövlət katibi Con Kerri Kubada Amerika səfirliyinin açılış mərasimində iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2015 03:41 Asia/Baku
  • ABŞ və Kuba arasında diplomatik münasibətlər bərpa edilib
    ABŞ və Kuba arasında diplomatik münasibətlər bərpa edilib

ABŞ dövlət katibi Con Kerri Kubada Amerika səfirliyinin açılış mərasimində iştirak edib.

Daxil olan məlumatlara görə, Havanada keçirilən mərasim ABŞ və Kuba arasında diplomatik münasibətlərin bərpasını ifadə edib.
Mərasimdə çıxış edən Con Kerri ABŞ Konqresini Kuba üzərindən embarqonu götürməyə çağırıb.
ABŞ bayrağı Kubada 1961-ci ildə dəniz piyadaları tərəfindən endirilmiş və Amerika səfirliyi bağlanmışdı.
Qeyd edək ki, Con Kerri son 70 il ərzində Kubaya səfər edən ilk amerikalı dövlət katibidir.