Avq 24, 2015 10:48 Asia/Baku
  • Amerikada silah insidenti
    Amerikada silah insidenti

Kaliforniyada silah insidenti baş verib.

Kaliforniya ştatında qonaqlıq zamanı silahlı bir şəxs qonaqların üstünə atəş açaraq bir nəfərin ölümünə daha 7 nəfərin yaralanmasına səbəb olub.
Fars Xəbər Agentliyinin məlumatına görə Kaliforniya ştatının Modseto məntəqəsində qonaqlıq zamanı silahlı bir şəxs qonaqların üstünə atəş açaraq bir nəfərin ölümünə daha 7 nəfərin yaralanmasına səbəb olub.
Fox News-un məlumatına əsasən yaralıların hamısı yerli xəstəxanaya köçürülüblər və gənc bir kişi yaralarının ağırlığı nəticəsində hadisə məkanında həlak olubdur. Cüzi xəsarət alanlardan 5 nəfəri xəstəxananı tərk edib. Lakin 2 nəfərin əlavə müalicəyə ehtiyaclı olduğu bildirilib.
Amerikada silah daşımanın qadağa olmaması belə bir hadisələrin törədilməsinə səbəb olur.

Teqlər