Amerikada irqçiliyə qarşı aksiya
Avq 30, 2015 17:33 Asia/Baku
-
Amerikada irqçiliyə qarşı aksiya
Amerika xalqı bu ölkənin müxtəlif ştatlarında polisin irqçiliyinə qarşı aksiya keçirib.
Press TV-nin məlumatına görə, İllinois və Minesota ştatları polisin qaradərililər əleyhinə zorakılığı və irqçiliyinə qarşı aksiyaların şahidi olub.Çikaqoda minlərlə nəfər küçələrə çıxaraq, terrorizmə və polis hədələrinə son qoyulmasını istəyib.
Onlar polisin qeyri-hərbi və hüquqi rəftarını istəyiblər. Onlar habelə təhlükəsizlik və polis qüvvələrindən istəyiblər ki, dini azlıqlar və qaradərililərin hüquqlarına hörmət bəsləsinlər.
Oxşar aksiyalar "Qaradərililərin canlarının da dəyəri var" hərəkatı tərəfindən Minesotada keçirilib.
Son aylar ABŞ-ın müxtəlif ştatları polisin qaradərililər əleyhinə zorakılığı və irqçiliyinə qarşı aksiyaların şahidi olublar.
Qaradərili yeniyetmə Maykl Braunun ağdərili polis tərəfindən öldürüldüyü ötən yaydan bəri polisin zorakılığı və irqçiliyi məsələsi Amerikada ən qızğın bəhslərdən birinə çevrilib.