Ukrayna Ali Radasının qarşısında insident
https://azeri.sahartv.ir/news/dünya-i197208-ukrayna_ali_radasının_qarşısında_insident
Bu gün Ukrayna Ali Radası “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2015 12:58 Asia/Baku
  • Ukrayna Ali Radasının qarşısında insident
    Ukrayna Ali Radasının qarşısında insident

Bu gün Ukrayna Ali Radası “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, mitinqçilərin arasından polislərə doğru qumbara atılıb. Nəticədə hüquq-mühafizə orqanlarının 50-dən çox əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar xəstəxanaya çatdırılıb. Milli Qvardiyadan bildirilib ki, qvardiyanın çoxlu sayda əməkdaşı zərər çəkib. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, Ali Rada ölkədə siyasi gərginliyə səbəb olan “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin lehinə 265 deputat səs verib.