Avq 31, 2015 20:37 Asia/Baku
  • Kiyevdə törədilən partlayışlarda 100 nəfər yaralanıb
    Kiyevdə törədilən partlayışlarda 100 nəfər yaralanıb

Bu gün Kiyevdə törədilən partlayışlar 100 nəfərin yaralanması ilə nəticələnib. Frans Pressin verdiyi məlumata əsasən Kiyevdə Ukrayna parlamenti önündə polis qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar olub.

Ukraynanın daxili işlər naziri bildirib: Parlament önündə baş verən qarşıdurmalarda ölkənin polis qüvvələrindən 90 nəfəri yaralanıb.
Press Tv bir məlumatda qeyd edib: Ukraynanın Milli Qvardiya zabitlərindən bir nəfəri yaralarının ağırlığı üzündən ölüb . Bu qarşıdurmalar Ukrayna parlamentinin bu ölkənin şərqindəki rus yönümlülərə əlavə ixtiyar və səlahiyyətlərin verilməsi ilə əlaqədar müəyyən bir qanunun qəbul etməsi ardınca bu qarşıdurmalar yaşanıb.
Ukrayna parlamenti bu gün qərblilərin tələb etdikləri konstitusiyanın islahı barədə layihəni ratifikasiyadan keçiribdir. Qəbul edilən bu layihəyə əsasən ölkənin şərqindəki ruspərəst qüvvələrə əlavə muxtarlığın verilməsi nəzərə tutulur ki sağçıların etirazına baxmayaraq bu layihənin lehinə səs veriblər.



Teqlər