Ukrayna çaxnaşmalarında daha bir hərbçi öldürülüb
Sen 01, 2015 17:47 Asia/Baku
-
Ukrayna çaxnaşmalarında daha bir hərbçi öldürülüb
Ukraynanın daxili işlər naziri bu ölkə çaxnaşmalarında daha bir hərbçinin öldürülməsindən xəbər verib.
Frans-Press-in məlumatına görə, Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, paytaxt Kiyevdəki çaxnaşmalarda ağır şəkildə yaralnmış bu ölkənin milli qvardiya qüvvələrindən digər birisi çərşənbə axşamı günü xəstəxanada həyatını itirib. Beləliklə, bazar ertəsi günkü çaxnaşmalarda ölənlərin sayı iki nəfərə çatıb.Eyni zamanda Ukrayna polisi bu ölkənin yaralanmış polis məmurlarından 131-nin hələ də xəstəxanada yatmasına işarə edərək, onların on nəfərinin vəziyyətinin ağır olduğunu bildirib.
Bu məlumata görə, Ukraynanın Əsas Qanununda dəyişiklik təklifi bazar ertəsi günü bu ölkənin parlamenti qarşısında yeni çaxnaşmalara səbəb olub.
Ukrayna parlamenti yaxınlığında güclü partlayış iki nəfərin ölməsi və azı yüz əlli nəfərin yaralanmasına səbəb olub.