İnqilab Rəhbəri və İran prezidenti Moskvada məscidin açılışına dəvət olunublar
https://azeri.sahartv.ir/news/dünya-i197310-İnqilab_rəhbəri_və_İran_prezidenti_moskvada_məscidin_açılışına_dəvət_olunublar
Rusiyanın ən böyük islami rəsmisi İslam İnqilabının Böyük Rəhbəri və İran prezidentini Moskvada məscidin açılışında iştiraka dəvət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2015 15:19 Asia/Baku
  • İnqilab Rəhbəri və İran prezidenti Moskvada məscidin açılışına dəvət olunublar
    İnqilab Rəhbəri və İran prezidenti Moskvada məscidin açılışına dəvət olunublar

Rusiyanın ən böyük islami rəsmisi İslam İnqilabının Böyük Rəhbəri və İran prezidentini Moskvada məscidin açılışında iştiraka dəvət edib.

IRNA-nın məlumatına görə, Rusiya Müftilər Şurasının sədri Ravil Eynəddin cümə axşamı günü Moskvada İranın islami mədəniyyət və irşad naziri Əli Cənnəti ilə görüşdə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei və İran prezidenti Həsən Ruhanini Moskvada bu ölkənin böyük came məscidinin açlış mərasimində iştirak etməyə dəvət edib.



Rusiya prezidenti də bu mərasimdə iştirak edəcək. Mərasim səadətli Qurban bayramı günü ərəfəsinə nəzərdə tutulub.



İranın islami mədəniyyət və irşad naziri Əli Cənnəti Moskva kitab sərgisində iştirak məqsədilə Rusiyaya səfər edibdir.