Əfqanıstanda Amerikanın hərbi bazasına qarşı raket hücumu
https://azeri.sahartv.ir/news/dünya-i197326-Əfqanıstanda_amerikanın_hərbi_bazasına_qarşı_raket_hücumu
Talibanın sözçüsü Kabilin şimalında Amerikanın hərbi bazasına qarşı raket hücumu iddiası ilə çıxış edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2015 09:45 Asia/Baku
  • Əfqanıstanda Amerikanın hərbi bazasına qarşı raket hücumu
    Əfqanıstanda Amerikanın hərbi bazasına qarşı raket hücumu

Talibanın sözçüsü Kabilin şimalında Amerikanın hərbi bazasına qarşı raket hücumu iddiası ilə çıxış edib.

IRIB-nın məlumatına görə, Talibanın sözçüsü Zəbiullah Mücahid deyib ki, bu qrupun qüvvələri cümə axşamı günü gecə Amerikanın Əfqanıstanın Pərvan vilayətindəki Bəqram şəhərində yerləşən bazasını raket atəşlərinə tutublar.



Bu hücumun tələfatı barədə məlumat yayılmayıb.



Talibanın digər bir sözçüsü- Qari Yusif də iddia edibdir ki, Əfqanıstan milli ordusunun iki ədəd tankını cümə axşamı günü gecə Hilmənd vilayətindəki Səngin məntəqəsinin bazarı yaxınlığında yerləşən "Qədim komandanlıq" məntəqəsində partladıblar.



Bu hücumda on nəfər öldürülüb.