Sen 05, 2015 13:09 Asia/Baku
  • Macarıstan irqçiləri suriyalı qaçqınların düşərgəsinə hücum ediblər
    Macarıstan irqçiləri suriyalı qaçqınların düşərgəsinə hücum ediblər

Macarıstan irqçiləri paytaxt Budapeştdə sığınacaq istəyən suriyalı qaçqınların düşərgəsini hücuma məruz ediblər.

Fars Xəbər Agentliyinin məlumatına görə Macarıstanın irqçi vətəndaşlarından bir qrupu cümə günü alışan maddələrlə Budapeştdə suriyalı qaçqınların düşərgəsinə basqın ediblər.


Macarıstan polisi hücumçuların sıralarını dağıtmaq istəyərkən gözyaşardıcı qazlardan istifadə edib.


Suriyalı didərginlər daha çox Yunanıstan, Makedoniya və Serbiyadan Macarıstan və Polşaya gedirlər.


Macarıstan son vaxtlar Serbiya ilə sərhəd məntəqələrini tikanlı məftillərlə bağlayıb ki Avropadan gələn qaçqınların bu ölkəyə nüfuzuna mane olsun. Bu da insan haqlarını himayəçi qurumların etirazına səbəb olub.


Çərşənbə axşamı Macarıstan hökumətinin beynəlxalq qatarların hərəkət proqramını dayandırması ardınca min nəfərdən artıq didərgin piyada Avstriyaya yürüyüb.


Macarıstan hökumətinin Almaniya və Avstriyaya getmək istəyən didərginləri təzyiqə məruz etməsi mühacirlərin hüququnu müdafiə edən fəalların etirazına səbəb olub.


Macarıstan parlamenti cümə günü Qərbi Avropaya getmək istəyən didərginlərin axını qarşısında mühacirətə qarşı qanunlarını işə salıb.


Viktor Orban hökumətinin parlamentə təklif etdiyi yeni qanunlar sərhədlərdə ordu qüvvələrinin sayını çoxaltmaq və qeyri qanuni mühacirləri 3 il həbsə atmağa imkan verir.


Teqlər