Sunday Express: Özünü miqrant kimi göstərən 4 min terrorçu Avropaya daxil olub
Sen 08, 2015 10:47 Asia/Baku
Minlərlə suriyalı, iraqlı və əfqan didərginin Avropa ölkələri sərhədlərində acınacaqlı şəraitdə olduğu bir halda İngiltərənin Sunday Ekspress nəşri İŞİD terror qruplaşmasındakı bir mənbəyə istinadla bildirib ki, bu qruplaşmanın 4 min üzvünün Avropaya nəqli əməliyyatı uğurlu olub.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının ünsürləri Aralıq dənizi vasitəsi ilə Avropaya səfərinin başlanğıc nöqtəsi olan İzmir və Mersin limanlarında çoxlu sayda didərginə qoşulub və sonra isə İsveç və Almaniya kimi digər ölkələrə gediblər.Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Gerhard Şindler Bild qəzeti ilə müsahibədə də terrorçuların miqrantlarla birlikdə Avropaya nüfuz etməyə cəhd göstərməsinin ehtimalı barəsindəki iddiaların doğruluğunu təsdiqləyərək deyib: Hal-hazırda Yaxın Şərq və Avropadan gələn miqrantlar arasında terrorçuların olmasına dair heç bir fakt yoxdur. Lakin terrorçuların Avropaya nüfuz etmək üçün mövcud imkanlardan istifadə etmək ehtimalını inkar etmək olmaz.
Terrorçuların miqrantlarla Avropaya nüfuz etməsi iddiasının irəli sürülməsi ilə yanaşı qeyd edək ki, bir çox Avropa ölkəsi Suriya və İraqda müharibədən əziyyət çəkən miqrantların qəbul edilməsi qarşısında güclü müqavimət göstərir. Görünür qeyd olunan iddia onların qəbul edilməməsi üçün bir bəhanəyə çevirmək istəyirlər.
Bəzi Avropa ölkəsinin başçısı qeyri-humanist mövqelər sərgiləyərək bildirib ki, miqrantların Avropaya yeni hücum dalğası bu qitənin xristian kimliyini hədələyir. Bəzi Avropa rəsmiləri də yaraşmaz açıqlamada bildiriblər ki, yalnız qeyri-müsəlman didərginləri qəbul edəcəklər.