42-ci amerikalı senator nüvə anlaşmasını dəstəkləyənlərə qoşuldu
https://azeri.sahartv.ir/news/dünya-i197477-42_ci_amerikalı_senator_nüvə_anlaşmasını_dəstəkləyənlərə_qoşuldu
ABŞ-ın Vaşinqton ştatından demokrat senator Maria Cantwell İranla nüvə anlaşmasını dəstəklədiyini elan edərək bu anlaşmanı dəstəkləyənl senatorların sayını 42-yə çatdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2015 09:31 Asia/Baku
  • 42-ci amerikalı senator nüvə anlaşmasını dəstəkləyənlərə qoşuldu
    42-ci amerikalı senator nüvə anlaşmasını dəstəkləyənlərə qoşuldu

ABŞ-ın Vaşinqton ştatından demokrat senator Maria Cantwell İranla nüvə anlaşmasını dəstəklədiyini elan edərək bu anlaşmanı dəstəkləyənl senatorların sayını 42-yə çatdırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, 3 demokrat senator Riçard Blumental, Qarri Piters və Ran Videnin nüvə anlaşmasını dəstəklədiyini elan etməsindən sonra Maria Cantwell də anlaşmanı dəstəkləyənlərə qoşulduğunu bildirib və deyib: Mən bu anlaşmanı dəstəkləyirəm və bu anlaşmanı irəlilədə biləcək hər bir məsələni himayə edirəm.


100 nəfərlik Senatda İranla nüvə anlaşmasını dəstəkləyən senatorların sayının 40 nəfəri keçməsi ilə onlar İran və 5+1 qrupu arasında nüvə anlaşması barəsində araşdırmanı ləğv etməklə Senat, nəticədə müxalif respublikaçıların əksəriyyət təşkil etdiyi Konqresin onun barəsində səsverməsinə mane ola bilərlər.