Macarıstanda N 1 televiziyasının operatoru qovulub
Sen 09, 2015 17:22 Asia/Baku
Macarıstanda bir telekanalın operatoru miqrantlarla kobud rəftara görə işdən qovulub.
Səhər Beynəlxalq Televiziyasının Euronews telekanalına istinadla verdiyi məlumata görə, Macarıstanda miqrantların böhranı ilə yanaşı N 1 telekanalının qadın operatoru gərginlik yaradıb.İnternet telekanalı olan və ifrat sağçı Yubik partiyasına yaxın N 1 telekanalı öz jurnalistini miqrantlarla bağlı reportaj hazırlamaq üçün sərhədə ezam edibmiş.
Bu telekanalın opratoru qucağında uşaq olan bir miqranta təpik atıb. Az sonra o digər miqrantlara da hücum edib.
Operatorun bu rəftarı reportaj heyətinin rəhbəri tərəfindən qəbuledilməz adlandırılıb.
Bu hərəkətin ardınca N 1 telekanalı operatoru işdən çıxarıb.