Sen 13, 2015 10:11 Asia/Baku
  • Avstriya daxili işlər naziri: Mühacir axını davam edərsə, sərhədlərimizi bağlayacağıq
    Avstriya daxili işlər naziri: Mühacir axını davam edərsə, sərhədlərimizi bağlayacağıq

Avstriya daxili işlər naziri mhacirlərin kütləvi şəkildə axın etməsinin ölkəsini təhlükəli vəziyyət ilə üzləşdirdiyini bildirib və deyib: Əgər bu gediş davam edərsə, Avstriya sərhədləri bağlanacaq.

İRNA-nın Vyanadan verdiyi məlumata görə, Avstriyanın daxili işlər naziri Migel Laytner şənbə günü deyib: Avstriya dövləti ölkə ərazisinə daxil olan mühacirləri himayə məqsədilə 75 milyon avro vəsait ayırıb.


Avstriya polisinin rəisi Piter Duskzil də deyib: Bir neçə saat sonra Macarıstan ilə sərhəd məntəqədə yerləşən Niklzdorf stansiyasına daha 3-5 min mühacir daxil olacaq. Bu mühacirlər qeydiyyata alındıqdan sonra ölkənin qərb sərhədlərinə doğru aparılacaqlar.


Onun dediyinə görə, hal hazırda mühacirlər sürətli qatarlar vasitəsilə Macarıstandan Avstriyaya gətirilir və onların sığınacaqla təmin edilməsi işləri həyata keçirilir.


Şənbə günü həmçinin Avstriya kansleri Verner Faymen Almaniyada çıxan Şpigel jurnalı ilə müsahibədə Macarıstanın baş naziri Urbanın mühacirlərlə bağlı dediklərini qınayıb. Verner Faymen "mühacirlər yaxşı olar ki, başqa yerə getsinlər" deyən Macarıstanın baş nazirini məsuliyyətsizlikdə və preventiv siyasət yürütməkdə ittiham edib.


Macarıstan dövləti mühacirlərlə bağlı son davranışlarına o cümlədən Serbiya ilə 175 kilometrlik sərhədlərini tikanlı tellərlə bağlamasına, bu sərhəd məntəqəsində hündürlüyü 4 metr olan beton divar çəkməsinə görə ciddi tənqidlərə məruz qalıb. Macarıstan dövləti həmçinin, mühacirlərin həbs edilməsi barədə qanun qəbul edərək, 3 mindən çox mühaciri həbs edib.

Teqlər