Sen 15, 2015 11:06 Asia/Baku
  • İnsan haqları təşkilatları Ərəbistan kralının mühakimə edilməsini istəyiblər
    İnsan haqları təşkilatları Ərəbistan kralının mühakimə edilməsini istəyiblər

50-dən çox insan haqları təşkilatı Səudiyyə Ərəbistanı kralının Beynəlxalq Cəza Məhkəməsində mühakimə edilməsini istəyiblər.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, 11 ərəb ölkəsi və 10 xarici ölkədən 54 insan haqları təşkilatı Yəməndə cinayətlər törətdiyinə görə Ərəbistan kralı Salman Bin Əbdüləzizə qarşı şikayət verərək onun Beynəlxalq Cəza Məhkəməsində mühakimə edilməsini vurğulayıb.


İnsan haqları təşkilatları bu şikayəti çərşənbə axşamı günü Cenevrədə BMT İnsan Haqları Şurasının iclası zamanı irəli sürmək istəyirlər.


Bu məlumata görə, yəmənli, ərəb və xarici insan haqları qrupları Ərəbistanın Yəmənə hücumu və bu ölkənin Yəməndə uşaqlar, qadınlar və yaşayış massivlərinə qarşı vəhşicəsinə cinayətləri ilə əlaqədar faktlar və hesabatları irəli sürmək niyyətindədirlər. Belə ki, bu yolla düşmən mediaların dünyadan gizlətdiyi həqiqətləri aşkar edə bilsinlər.

Teqlər