Sen 16, 2015 11:05 Asia/Baku
  • Macarıstandakı mühacirlər aclıq aksiyasına başladı
    Macarıstandakı mühacirlər aclıq aksiyasına başladı

Macarıstanın Serbiya ilə sərhəd məntəqəsində saxlanılan bir qrup mühacir aclıq aksiyası elan edib.

PressTV-nin məlumatına görə, sosial şəbəkələr Macarıstanın cənubunda, Serbiya sərhədində yerləşən Roszke məntəqəsində saxlanılan mühacirlərin aclıq aksiyasına başlamasından xəbər veriblər.
Aclıq aksiyasına başlayanlar Macarıstan dövlətindən öz sərhədlərini mühacirlərin üzünə açmasını istəyiblər.
Macarıstan dövləti bazar ertəsi günündən etibarən bu ölkəyə axın edən mühacirlərlə bağlı qaydaları daha da sərtləşdirib.
Mühacir axını ilə üzləşən Macarıstan dövləti çərşənbə axşamı günü ölkənin iki məntəqəsində fövqəladə vəziyyət elan edib.
Macarıstan və Avropa Birliyinə üzv digər ölkələr 2-ci dünya müharibəsindən sonra misli görünməmiş bir mühacir axını ilə üzləşiblər.

Teqlər