Sen 18, 2015 15:06 Asia/Baku
  • "Ual Striti İşğal Et" hərəkatı fəalları Nyu-Yorkda aksiya keçiriblər

Ual Striti İşğal Et hərəkatı fəalları bu hərəkatın yaranmasının 4-cü ildönümündə Nyu-Yorkda piket keçiriblər.

Sputnik informasiya agentliyi bildirib ki, Ual Striti İşğal Et hərəkatının təsisçiləri 4 il öncə iqtisadi siyasətlərdə islahatların aparılmasını istəmişdilər. Bu islahatlar Amerika ictimaiyyətinin yalnız bir faizini təşkil edən varlı təbəqə müqabilində, cəmiyyətin 99%-in təşkil edən adi insanların hüquqlarını müdafiə etməli idi.
4 il öncə narakzı kütlə Nyu-Yorkun Zakoti parkını ələ keçirərək, ölkə iqtisadiyyatının pis olmasına qarşı mübarizəyə başladı.
Bu etirazlar 17 sentyabr 2011-ci il tarixində Nyu-Yorkda, Ual Stritdə yerləşən ABŞ birjasının önündə başladı və 2015-ci ilin martına kimi davam etdi.

Teqlər