Qoşulmama hərəkatı sionistlərin əl-Əqsaya təcavüzlərini qınadı
Sen 19, 2015 11:04 Asia/Baku
Qoşulmama hərəkatı bir bəyanat yayaraq, işğalçı qüvvələrin təhrikedici və zorakı rəftarlarını qınayıb və dünya ictimaiyyəti o cümlədən BMT Təhlükəsizlik Şurasından sionistlərin təcavüzləri və zorakılıqlarını önləmək istiqamətində üzərlərinə düşən vəzifəyə əməl etmələrini istəyib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Qoşulmama hərəkatı cümə günü bir iclas təşkil edərək, işğalçı qüvvələrin zorakılıqları və təhrikedici rəftarları əleyhinə bir bəyanat qəbul edib.Qoşulmama hərəkatının üzvləri bu bəyanatda işğalçı rejimin qanunsuz hərəkətləri ilə bağlı nigaranlıq edərək, sionist rejimin rəftarlarını dünya sülhü və təhlükəsizliyi əleyhinə təhdid adlandırıb, beynəlxalq təşkilatlar o cümlədən BMT-nin Təhlükəsizlik Şurasından İsrail rejiminin cinayətləri və təcavüzkarlıqlarının önlənilməsi üzrə öhdəlikləri və vəzifələrinə əməl etmələrini isətyiblər.
İranın BMT-dəki səfiri Qulaməli Xoşru Qoşulmama Hərəkatının sədri ünvanında Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı nümayəndələri ilə birlikdə BMT baş katibi ilə görüşüb, İsrail rejiminin əl-Əqsa məscidinə qarşı təcavüzləri barədə danışıblar.
Bu görüşdə İslam ölkələri və Qoşulmama hərəkatı nümayəndələri BMT baş katibindən bu təcavüzlərin qarşısını almasını istəyiblər.