Sen 19, 2015 12:24 Asia/Baku
  • İŞİD Avropaya hücuma hazırlaşır
    İŞİD Avropaya hücuma hazırlaşır

Fransa müdafiə nazirinin dediyinə görə, İŞİD öz qüvvələrinə Avropaya hücum etmək üçün xüsusi təlimlər keçir.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Jan Yves Le Drian dünən deyib: Fransa İŞİD-in Suriyada bir təlim düşərgəsində Avropaya xüsusilə də Fransaya hücumların təşkil edilməsi üçün xarici terrorçulara təlimlər keçməsi barədə məlumatlar əldə edib.
Fransa müdafiə naziri Lumond qəzeti ilə müsahibədə iddia edib ki, bu məsələ Fransanın Suriya üzərində kəşfiyyat uçuşları həyata keçirməsi və lazım gələrsə, Suriyaya hərbi müdaxilənin edilməsi üçün hazırlıqların görülməsinə səbəb olub.
Le Drian Fransanın Suriyaya hərbi müdaxiləsi qərarını "özünü müdafiə haqqı" üzrə BMT nizamnaməsinin 51-ci bəndinə uyğun hesab edib və deyib: Fransa hava qüvvələri Fransanı təhdid edən istənilən tərəfə hücum edəcək.

Teqlər