ABŞ rəsmisi: Nüvə anlaşması Obamanın bölgə üzrə ən böyük nailiyyətidir
Sen 19, 2015 17:53 Asia/Baku
ABŞ-ın xarici siyasət heyətinin üzvü Nelson Kanniqham (Nelson W. Cunningham) nüvə anlaşmasını ABŞ prezidenti Barak Obamanın region üzrə ən böyük nailiyyəti adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Kanninqham Frans 24 telekanalına verdiyi müsahibədə uzunmüddətli və ağır nüvə müzakirələrinin icra olunub-olunmaması və ABŞ-ın növbəti prezidentinin onu qəbul edib-etməməsi barədə sualı belə cavablandırıb: Bu anlaşma icra olunacaq.Kanninqham deyib: İlk addımı ABŞ Konqresi atdı və İranın nüvə proqramına qadağa üzrə qətnamənin təsdiqlənməsində məğlub oldu.
Amerikanın Təhlükəsizliyi Proqramı İnstitutunun rəhbəri əlavə edib: ABŞ-ın növbəti prezidenti iş başına gələnə qədər nüvə anlaşması icra olunacaq.
ABŞ-ın Xarici Siyasət Heyətinin üzvü deyib: Hər bir respublikaçı namizəd bu anlaşmaya qarşı olduğunu deyir. Konqresdəki respublikaçılar da belə deyirlər. Lakin tarix ABŞ prezidentlərinin əksəriyyətinin öz sələflərinin önəmli xarici siyasətlərini asanlıqla dəyişməyə maraqlı olmadığını göstərir.
Amerikanın Təhlükəsizliyi Proqramı İnstitutunun rəhbəri sonda deyib: Bu anlaşma Obamanın bölgə üzrə önəmli nailiyyətidir. Çünki bölgədə nüvə gərginliyinin azalmasına səbəb olur.