Sen 20, 2015 10:23 Asia/Baku
  • Çikaqoda silahlı insidentlər davam edir
    Çikaqoda silahlı insidentlər davam edir

ABŞ-ın Çikaqo şəhərində silahlı insident nəticəsində 1 30 yaşlı kişi həlak olub.

Səhər Beynəlxalq Televiziyasının Çikaqo Tribun qəzetinə istinadla verdiyi məlumata görə, ABŞ polisi bildirib: Şənbə günü Çikaqo şəhərinin müxtəlif bölgələrində bir neçə silahlı insident baş verib. Nəticədə 4 nəfər, o cümlədən 16-17 yaşlı iki yeniyetmə yaralanıb.
Çikaqo şəhər polisi bu silahlı insidentlərin detallarını açıqlamaqdan çəkinib.
Just Plain Politics portalının yazdığına görə, 2014-cü ildə Çikaqo şəhərində 2599 silahlı insident halı qeydə alınıb.
Çikaqoda silahlı insident böyük ictimai problemə çevrilib və bu şəhərin bəzi yoxsul bölgələrində cinayətkar mafiyaların olmasına görə, silahlı insidentlər Amerikanın digər şəhərləri ilə müqayisədə qat-qat çoxdur.

Teqlər