Sen 20, 2015 14:51 Asia/Baku
  • ABŞ-da silahlı insident iki nəfərin həyatına son qoyub
    ABŞ-da silahlı insident iki nəfərin həyatına son qoyub

ABŞ-ın Şarlotta şəhərində silahlı insident nəticəsində ən azı 2 nəfər həlak olub.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, WBTV internet portalı bildirib ki, ABŞ-ın Şimali Karolina ştatının North West Şarlotta məntəqəsində silahlı insident ən azı 2 nəfərin həlak olması və bir nəfərin yaralanması ilə nəticələnib.
Amerikada silahlı insidentlər hər il minlərlə insanın həyatına son qoyur. Lakin güclü silah lobbisi və onu ABŞ Konqresi və icra qurumlarında dəstəkləyənlər şəxsi mənafelərinə görə, bu ölkədə silahın azad şəkildə saxlanılmasına qarşı qanunların təsdiqlənməsi və icra olunmasının qarşısını alırlar.

Teqlər