BMT baş katibinin sabiq müavini: Ruhani bu il Baş Assambleyanın diqqət mərkəzində olacaq
Sen 24, 2015 12:42 Asia/Baku
-
Ruhani bu il Baş Assambleyanın diqqət mərkəzində olacaq
BMT baş katibinin sabiq müavini deyib: İran İslam Respublikası prezidenti Həsən Ruhani təkcə digərləri ilə əlaqə qurmaqdakı istedadına görə deyil, tarixi parlaq bir nailiyyət olaraq nüvə anlaşmasına görə, builki BMT Baş Assambleyasında dünyanın diqqət mərkəzində olacaq.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Giandomenico Picco İRNA-ya verdiyi müsahibədə beynəlxalq münaqişələrin aradan qaldırılması barədə deyib: Cənab Ruhani və İranın nüvə müzakirə komandası elə bu xüsusiyyətlərinə görə, böyük böhranlarla sonuclana biləcək 13 illik problemi həll edə bildilər. Ruhanidəki bu xüsusiyyət onun builki Baş Assambleyada parlamasına səbəb olacaq.BMT baş katibinin sabiq müavini Yaxın Şərq böhranlarının həlli üçün İranın region və dünya ölkələri ilə ehtimal olunan əməkdaşlıqlarının perspektivi istiqamətində belə addımların atılmasını önəmli və zəruri adlandırıb və deyib: Yaxın Şərq böhranı region ölkələri tərəfindən həll olunmalı olan problemdir.
İran İslam Respublikası prezidenti bu gün BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak və çıxış etmək üçün Nyu-Yorka səfər edəcək.
BMT baş katibi, həmçinin Baş Assambleyanın sessiyasında iştirak edəcək ölkələrin dövlət başçıları ilə görüşərək danışıqlar aparmaq İran prezidentinin səfər proqramına daxildir.