Brokinqs İnstitutu: Minada faciə Ərəbistan kralı üçün problemdir
Sen 25, 2015 13:32 Asia/Baku
Məkkədə baş verən dəhşətli tragediya Ərəbistan kralı və Səudiyyə ailəsi üçün problemdir və onların qanunilik iddiasına zərbə vurdu.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Brokinqs İnstitutu Minada baş verən hadisə ilə əlaqədar təhlildə yazıb: Məkkədəki dəhşətli tragediya kral Salmanın imici üçün problemdir.Yaxın Şərq məsələləri üzrə MKİ-də 30 il çalışmış bu institutun eksperti Bros Ridel öz məqaləsində yazıb: Hər il 2 milyon zəvvar Ərəbistanın müqəddəs şəhərlərinə səfər edir ki, Həccin vacib əməllərini yerinə yetirsin. Səudiyyəlilər bu sahədə öz məsuliyyətlərinin əhəmiyyətini bilirlər. Bununla belə son illər ərzində hacıların ölümü ilə nəticələnən hadisələrlə bağlı çoxlu hallar qeydə alınıb.
Bu hadisələrin mənfi siyasi nəticələri vardır. Dəhşətli tragediyalar səudiyyə ailəsinin qanuniliyə dair əsas iddiasına zərbə vurur. Hacıların təhlükəsizliyinə zəmanət Məkkə və Mədinəyə başçılıq edənlərin əsas məsuliyyətlərindəndir.
O əlavə edib: İnsan faciələri şübhəsiz Ali-Səudun mürəkkəb daxili siyasətlərinə də təsir göstərir. Məkkə hakimi sabiq kralın oğlu şahzadə Xalid Feysəl Həccin icra məsuludur. Vəliəhd və daxili işlər naziri Məhəmməd Bin Naif də həcc məsələsi barəsində məsuldur.