Putin: Əsədə dəstək Suriyada müharibənin dayandırılmasının yeganə yoludur
Sen 25, 2015 14:24 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin Suriyada müharibəyə son qoyulmasının yeganə yolunu bu ölkə prezidenti Bəşşar Əsədi terrorizmlə müharibədə dəstəkləmək adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Putin bu sözləri Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşdən öncə deyib."Əsədə dəstək onun xilas olması məqsədilə həyata keçirilirmi?" sualını cavablandıran Putin deyib: Qənaətimcə, müxaliflərin bütün hərəkətləri Suriya hökumətini devirmək istiqamətindədir. Bu məsələ belə vəziyyətin yaranması ilə nəticələnir. Biz məntəqədə və yaxud Liviya kimi digər ölkələrdə bunun şahidiyik. Belə ki, orada dövlət müəssisələrinin hamısı məhv olub.
Rusiya prezidenti bildirib: Biz İraqda da oxşar vəziyyətin şahidiyik.
Rusiya prezidentinin sözlərinə görə, Suriya böhranının hökumət strukturunun möhkəmləndirilməsi və terrorizm, xüsusilə də İŞİD-ə qarşı müharibədə olan hökumətə kömək etməkdən başqa həll yolu yoxdur.