Sen 27, 2015 11:14 Asia/Baku
  • PENTAQON suriyalı terrorçuların amerikan silahlarla təchiz olunduqlarını etiraf edib
    PENTAQON suriyalı terrorçuların amerikan silahlarla təchiz olunduqlarını etiraf edib

ABŞ-ın Müdafiə Nazirliyi PENTAQON suriyalı terrorçuların amerikan silahlarla təchiz olunduqlarını etiraf edib.

ABŞ-ın Müdafiə Nazirliyi etiraf edib ki, Suriya dövləti ilə müxalif olan qiyamçılara verdiyi hərbi təchizatlar onlar tərəfindən Əlqaidənin tabeliyində olan terrorçu Cibhətunnusrə qrupuna verilibdir.
PENTAQON-un sözçüsü Cef Devis deyib: Təəssüflə, xəbərdar olduq ki, Amerikanın təlimi altda olan suriyalı müxalif bölmələr öz hərbi təchizat və sursatlarını Cibhətunnusrə qrupuna veriblər.
Amerika Mərkəzi Komandanlığının sözçüsü Patrik Rayder də bu məsələni təsdiq edib.
Suriya ordusunun qüvvələri son zamanlar Cibhətunnusrə qrupundan silah və sursatlar qənimət götürüblər ki, bu silahlar bundan öncə ABŞ ordusu tərəfindən suriyalı müxlaiflərin ixtiyarına qoyulubdur.
Belə bir halda, bundan qabaq PENTAQON bu məsələni təkzib etmişdi.

Teqlər