Sen 30, 2015 18:08 Asia/Baku
  • Əfqanıstan senatı: Qunduz şəhəri bir sövdələşmə ilə süqut etdi
    Əfqanıstan senatı: Qunduz şəhəri bir sövdələşmə ilə süqut etdi

Əfqanıstan senatı vurğulayıb ki, Qunduz şəhəri bir sövdələşmə ilə süqut etdi.

Əfqanıstan senatı Qunduz vilayətinin başçılarını Talibanla sövdələşmədə və bu qrupun həmin şəhərə hücumunda öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq etməkdə ittihamlandırıb və dövlətdən istəyib ki, onları ən şiddətli cəza olan ölümə məhkum etsin.
Senat üzvləri deyirlər ki, Qunduzda insan faciəsi baş verib və bütün hadisələrin məsuliyyəti bu vilayətin yerli rəsmilərinin üzərinə düşür.
Senat sədri deyib ki, Qunduz hadisəsi kədərli hadisədir, o şəhərin əhalisi çətin anlar yaşayıb. O, əlavə edib: Senatın istədiyi budur ki, vali, təhlükəsizlik komandanları, Qunduzda yerləşən ordu komandanı və Təhlükəsizlik İdarəsinin rəisi hərbi tribunalda mühakimə olunsun və ən şiddətli cəzaya çatsınlar.
Fəzl Hadi Moslem Yar sonra deyib: Qunduzun yerli rəsmiləri Əfqanıstanın siyasi quruluşunun bədnamlığı və belə bir bədnamlığın qarşısını ala bilməyən bu ölkə üçün biabırçılıq mənbəyidirlər.
Senatın bir üzvü olan Şir Məhəmməd Axundzadə də deyib ki, Qunduz vilayətinin valisi, polis rəisi və Təhlükəsizlik İdarəsinin rəisi edam olunmalıdırlar. Zira onlar ixtiyarlarında olan geniş hərbi imkanlarla düşmənin qarşısında dayana bilməyiblər.
Senatın digər üzvü- Səfiullah Haşemi də deyib: Biz əminik ki, Qunduz süqut etməyib, əksinə yerli rəsmilər tərəfindən Talibana təhvil verilib.
Əfqanıstan nümayəndələr məclisinin üzvləri deyiblər ki, Qunduzun valisi Talibana silah və sursat verib, özü isə Tacikistana, oradan da Avropaya sığınıbdır.
Qunduz vilayəti Əfqanıstanın ən şimal nöqtəsində yerləşərək, Tacikistanla həmsərhəddir.
Qunduzun mərkəzi məntəqələrinin nəzarətini əlinə almış Taliban yarımhərbçiləri çərşənbə axşamı günü gecə Qunduz vilayətinin mərkəzi olan bu şəhərin hava limanına hücum ediblər.
Bu hücumdan sonra Əfqanıstan ordusu da NATO-nun dəstəyi ilə Qunduzu Talibanın əlindən geri almaq üçün geniş əks-hücuma başlayıb.

Teqlər