Okt 01, 2015 11:47 Asia/Baku
  • Obama nüvə anlaşmasına qarşı yeni layihəni veto qoymaqla hədələdi
    Obama nüvə anlaşmasına qarşı yeni layihəni veto qoymaqla hədələdi

Ağ Ev bildirib ki, ABŞ prezidenti İranla 5+1 qrupunun nüvə anlaşmasının uğurlu icrasına mane olacaq istənilən qərara veto qoyacaq.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Ağ Ev ötən gün bir bəyanatda Yekun Müştərək Təşəbbüs Proqramına qarşı ABŞ Konqresində başqa bir layihənin irəli sürülməsinə dair respublikaçıların hərəkətinə reaksiya verib.
Respublikaçıların yeni layihəsi İrana qarşı sanksiyaların ləğvi və bu ölkənin dondurulmuş maliyyə resurslarından 40 milyard dolların azad olunmasına mane olmağı istəyir. Belə ki, bu vəsait "terrorizmin amerikalı qurbanları"na kompensasiya olaraq ödənilsin.
Bundan öncə respublikaçılar çalışdılar ki, Yekun Müştərək Təşəbbüs Proqramını Konqresdə rədd etsinlər. Lakin onların bu səyi Ağ Evlə birlikdə demokratların müxalif olması ilə uğursuz qaldı.
İran və 5+1 qrupu 14 iyulda aylarla müzakirədən sonra Avstriyanın Vyana şəhərində müzakirələrin yekunu üzrə razılığa gəldilər.
Bu razılığa əsasən, İran beynəlxalq ictimaiyyətdə bir nüvə qüdrəti olaraq tanındı və BMT, Avropa Birliyi və ABŞ-ın sanksiyalarının ləğvi qarşısında Tehran öz nüvə fəaliyyətinin bir hissəsini məhdudlaşdırır.

Teqlər