Rusiya və Avropa Komissiyası Ukraynaya qaz nəqli üzrə razılaşdılar
Okt 01, 2015 14:36 Asia/Baku
-
Rusiya və Avropa Komissiyası Ukraynaya qaz nəqli üzrə razılaşdılar
Rusiya və Avropa Birliyi arasında aylarla sıx müzakirələrdən sonra bu ölkə Ukraynaya təbii qazın nəqlinə yenidən başlamaq üzrə razılaşıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ötən gün Rusiya, Ukraynaya nəql olunan qazın təmini üzrə Avropa Komissiyası və Avropa Birliyi bu il qışda qaz nəqli barədə razılıq əldə ediblər.Avropa Komissiyasının rəis müavini və enerji komissarı Maros Sefkoviç bu anlaşmanın imzalanmasını böyük nailiyyət adlandırıb və əlavə edib: Bu anlaşma bu il qışda ehtiyac duyduqları qazın təmin olunması üzrə Ukrayna və Avropanı arxayın etmək üçün önəmli addımdır.
Rusiyanın energetika naziri Aleksandr Novak da bu ölkə ilə Ukraynanın ehtiyac duyduğu qazın təmin olunması üzrə Avropa Komissiyası arasında müqavilənin imzalandığını bildirərək deyib: Bu anlaşmanın icrası üzrə heç bir maneə yoxdur.
Rus rəsmisi əlavə edib: Rusiya və Avropa Birliyi "Avropa üçün qaz tədarükü paketi" kimi tanınan anlaşmanı imzalayıblar və hazırda Kiyevin öz razılığını elan etməsinin zamanıdır.
Novak həmçinin deyib: Rusiya Polşa kimi digər qonşularına etdiyi endirimi Ukraynaya da etməyə hazırdır. Lakin Novak bu endirimin dəqiq miqdarına işarə etməyib.
Rus rəsmisi eyni zamanda xatırladıb ki, mövcud müqavilə Moksva və Kiyev arasında dostluq əlaqələrinin nişanəsi deyildir.
Novakın sözlərinə görə, Rusiya oktyabr ayında Ukraynaya 2 milyard kubmetr qaz verəcək. Lakin indiyə qədər Ukraynanın Neft və Qaz Şirkəti bu ölçüdə qazın vəsaitinin ödənilməsi üçün təyin olunan 500 milyon dolları Rusiyanın QazProm şirkətinə ödəməyib.
Rusiya Avropanın qaza olan ehtiyacının təxminən üçdə birini təmin edir və Ukrayna bu qazın nəqli istiqamətində əsas yol hesab olunur.