Qunduzda insan faciəsi
Okt 02, 2015 15:37 Asia/Baku
-
Qunduzda insan faciəsi
Əfqanıstanın şimalında yerləşən Qunduz şəhəri insan faciəsi ilə üzləşib
Əfqanıstan hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən Qunduz şəhərinin tam şəkildə geri alınmasını bildirdiyi bir halda, əldə olunan məlumatlara görə, hələlik bu şəhərin bir çox bölgəsi Talibanın işğalındadır və şəhərin geri alınması üçün əməliyyat davam edir.Qunduz şəhərinin vəziyyəti barəsində ziddiyyətli xəbərlər yayılır. Lakin bu şəhərdə olan sərhədaşırı bölmənin Dəri radiosunun müxbiri bildirir ki, Qunduz sakinləri çoxlu problemlərlə üzləşiblər.
Bəzi məlumatlara əsasən, Qunduz şəhərinin vəziyyəti hələ də ağırdır. Mağazalar bağlıdır, insanların su və ərzaq maddələri yoxdur. Zaman keçdikcə şəhərin vəziyyəti acınacaqlı olur.