Qunduz tam şəkildə taliblərdən geri alınıb
https://azeri.sahartv.ir/news/dünya-i198190-qunduz_tam_şəkildə_taliblərdən_geri_alınıb
Əfqanıstan qüvvələri Qunduz şəhərini tam şəkildə taliblərdən geri alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2015 17:31 Asia/Baku
  • Qunduz tam şəkildə taliblərdən geri alınıb
    Qunduz tam şəkildə taliblərdən geri alınıb

Əfqanıstan qüvvələri Qunduz şəhərini tam şəkildə taliblərdən geri alıblar.

Sin Xua-nın məlumatına görə, Əfqanıstan təhlükəsizlik qüvvələri beş gün şiddətli döyüşdən sonra bazar ertəsi günü Qunduz şəhərində Taliban qrupunu şəhərdən çıxarıb və taliblərin bayraqlarını bütün nöqtələrdən aşağı çəkərək, üçrəngli dövlət bayrağını dalğalandırıblar.
Əfqanıstan ordusunun baş qərargah rəisi əvəzi general Murad Əli Murad dövlət bayrağının icra hakimiyyəti binasının üzərində dalğalaınmasından sonra müxbirlərlə müsahibədə deyib ki, düşmənlər məğlub olublar və vəziyyət adi hala qayıtmaqdadır.
Qundzda taliblərlə mübarizə və bu şəhərin təmizlənməsi əməliyyatının istiqamətləndirilməsini üzərinə götürmüş bu general bildirib ki, gizlənəcəkləri halda qiyamçıların aşkarlanması üzrə axtarış əməliyyatı davam edir.
Taliban qrupu ötən həftə qəfil bir hücumda Qunduz vilayətinin mərkəzi olan Qunduz şəhərinin bəzi hissələrini ələ keçirmişdi.