Okt 08, 2015 20:20 Asia/Baku
  • Rusiyanın ən böyük kimyəvi silah ehtiyatları məhv edilib
    Rusiyanın ən böyük kimyəvi silah ehtiyatları məhv edilib

Rusiyanın ən böyük kimyəvi silah ehtiyatı Bryanskda Puçep şəhərində xüsusi məkanda tamamilə məhv edilib.

Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS-a istinadla verdiyi məlumata görə, Rusiya Dövləti Federal Agentliyinin sözçüsü kimyəvi silahların təhlükəsiz şəkildə məhv edilməsi barədə deyib: Sonuncu kimyəvi hava bombası 26 sentyabrda qeyd olunan məkanda məhv edilib.
Kimyəvi silahların ehtiyatı zavodunun fəaliyyətə başlanmasından indiyə qədər Puçepdə 67 mindən çox kimyəvi hava sursatı zərərsizləşdirilib. Bu sursatlar 7 min 500 tondan çox zarin, suman kimi zəhərli maddələr və V-X maddəsinə malik olub.
2015-ci ilin oktyabr ayına qədər Rusiyada hərbi kimyəvi maddələrin ümumilikdə 92%-i məhv edilib.
2016-cı ildə Rusiyada Kizner zavodunda sonuncu kimyəvi silahlar məhv ediləcək.

Teqlər