Okt 09, 2015 12:13 Asia/Baku
  • Wikileaks Qunduz xəstəxanasının bombalanması videosu ardıncadır
    Wikileaks Qunduz xəstəxanasının bombalanması videosu ardıncadır

Wikileaks saytı Əfqanıstanın Qunduz xəstəxanasının bombalanması barədə video-çarx və yaxud istənilən digər önəmli məlumat üçün mükafat təyin edib.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Wikileaks saytı cümə axşamı günü bir bəyanat yayaraq bildirib: Amerikalı qüvvələr tərəfindən Qunduzda sərhədsiz həkimlərin xəstəxanasının bombalanması barədə istənilən video-rolik və yaxud digər önəmli məlumatlara 50 min dollar mükafat veriləcək.
Şənbə günü təxminən 200 xəstə və işçisi olan Qunduz xəstəxanası Amerikanın bir saatlıq hava bombardmanına məruz qaldı. Bu hücum nəticəsində ən azı 22 nəfər həlak oldu və 37 nəfər, o cümlədən uşaqlar və Sərhədsiz Həkimlər Təşkilatının işçiləri yaralanıb.
Sərhədsiz Həkimlər Təşkilatı bu bombardmanı müharibə cinayəti kimi dəyərləndirib. Sərhədsiz Həkimlər Təşkilatının nümayəndəsi də cümə axşamı günü bildirib ki, hələlik bu hadisədə 33 nəfər itkin düşüb.

Teqlər