Okt 16, 2015 11:40 Asia/Baku
  • Amerikalı pilotsuz təyyarələrin əməliyyatının gizli sənədləri ifşa olundu
    Amerikalı pilotsuz təyyarələrin əməliyyatının gizli sənədləri ifşa olundu

Bir amerikalı ABŞ-ın pilotsuz təyyarələrinin əməliyyatlarının gizli sənədlərini ifşa edib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, mediaların "Yeni Snouden" adlandırdıqları yeni amerikalı ifşaçı Amerika pilotsuz təyyarələri barədə həssas və gizli sənədlər toplusunu ifşa edib.
Bu məlumata görə, əldə olunan yeni sənədlər Amerika pilotsuz təyyarələri tərəfindən şübhəli şəxslərin hədəfə alınması mexanizmini ifşa edir.
İfşa olunan sənədlər Amerika pilotsuz təyyarələrinin 2011 və 2013-cü illərdə Somali və Yəməndəki əməliyyatlarının detallarını əhatə edir.
Əldə olunan sənədlərə əsasən, Ağ Ev Amerika pilotsuz təyyarələrinin hücumu nəticəsində Əfqanıstanda həlak olan və kimliyi bəlli olmayan şəxsləri pilotsuz təyyarələrin hücum məqsədlərindən olmamalarına baxmayaraq, düşmənlər olaraq sıralayıb.
Bəzi sənədlərə görə, pilotsuz təyyarələrin hücumu nəticəsində həlak olanların sayı çoxlu sayda sivilin həlak olmasına görə, Amerika rəsmilərinin rəsmən elan etdiyi saydan qat-qat çoxdur.

Teqlər